“İslam tarixi” kitabı nəşr olunub

08 Июль, 2021

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizovanın “İslam tarixi” kitabı nəşr olunub.

İslam tarixi dünya salnaməsinin ondördəsrlik bir zaman kəsiyində müsəlmanların 3 qitədə qurduqları dövlətlərin inkişafı, daha geniş mənada isə hazırda dünya əhalisinin dörddəbirini təşkil edən 2 milyarda yaxın müsəlman xalqların keçdiyi yoldur. Bu əsər İslam tarixinin digər dövrləri ilə müqayisəedilməz dərəcədə əhəmiyyətli olan hissəsinin, Məhəmməd peyğəmbər dövrünün siyasi tarixinə həsr olunub.

Kitab ilk dövr İslam tarixinin mənbələri; İslamaqədərki ərəblərin siyasi və iqtisadi vəziyyəti; İslamaqədərki ərəblərin ictimai və dini vəziyyəti; Hicaz bölgəsi və Məkkə; Məhəmməd peyğəmbərin İslamaqədərki həyatı; Məhəmməd peyğəmbərin Məkkədəki fəaliyyətləri; Hicrətin siyasi, iqtisadi və ictimai nəticələri; Məkkəlilərlə mübarizə; Qeyri-müsəlmanlarla münasibətlər və İslamın Ərəbistan yarımadasında yayılması fəsillərindən ibarətdir.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Вверх

Новости

Архив
alt menü