Международные отношения

Azərbaycan İlahiyyat İnstitutu Beynəlxalq Əlaqələrin inkişafına xüsusi diqqət ayırır və bu istiqamətdə aktiv fəaliyyət göstərir.
Təhsil sahəsində fəaliyyət göstərən müxtəlif beynəlxalq donor və xarici universitetlərlə ikitərəfli akademik əməkdaşlıq əlaqələrinin qurulması kimi sahələrdə məhsuldar addımlar atan Aİİ beynəlxalq praktikanın İnstitutda tətbiq olunmasına səy göstərir.
Beynəlxalq Əlaqələr şöbəsi müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən təqaüd proqramları ilə bağlı məlumatların tələbələrə ötürülməsini, beynəlxalq təhsil mübadilə təşkilatları ilə əməkdaşlığın qurulmasını, xarici universitetlər tərəfindən elan edilmiş təqaüd proqramlarında Aİİ-nin tələbələrinin iştirakını təmin edir. Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilat və diplomatik nümayəndəliklərlə akademik görüşlər və müştərək tədbirləri təşkil edir.
İnstitutun beynəlxalq layihələrdə iştirakını nəzərdə tutan Beynəlxalq Əlaqələr şöbəsi eyni zamanda, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin daha dərindən öyrənilməsi və tanıdılması üçün də müxtəlif tədbirlər təşkil edir.

alt menü