Кафедры

Azərbaycan İlahiyyat İnstitutunda mövcud olan kafedralar haqqında məlumat
Azərbaycan İlahiyyat İnstitutunda təhsil iki istiqamətdə, islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. İslamşünaslıq ixtisası üzrə standartlara İslam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilmişdir. Bu ixtisasın standartlarında ənənəvi islam elmlərilə yanaşı, təkcə İslam dinini deyil, ümumilikdə dinləri müxtəlif yönlərdən tədqiq edən din sosiologiyası, din psixologiyası, din fəlsəfəsi, məzhəblər tarixi, dinlər tarixi və s. fənlər də öz əksini tapmışdır. İslamşünaslıq ixtisasına yiyələnənlərin həm din xadimi, həm də İslam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur. Dinşünaslıq ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqlarını nəzərə almaqla Oksford, Kembric, Stanford, Kaliforniya Dövlət Universiteti və dünyanın digər aparıcı universitetlərində mövcud olan “Dini tədqiqatlar” (Religious Studies) bölmələrinin standartlarından faydalanılmışdır. Bu standartlara İslam, Yəhudilik, Xristianlıq, Hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilmişdir. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisaslarının standartlarında multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dillərinin öyrənilməsini nəzərdə tutan fənlər də daxil edilmişdir. İnstitutda gələcək illərdə qeyd olunan iki ixtisasdan əlavə, dinşünas-pedaqoqların hazırlanmasını nəzərdə tutan ixtisasların yaradılması da planlaşdırılır.
Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir. Dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin akademik biliyə malik olan alimlər tərəfindən aparılır. Onların arasında Azərbaycanla yanaşı, Türkiyə, Böyük Britaniya, ABŞ, İran, Suriya və Portuqaliya kimi dünyanın müxtəlif ölkələrində akademik fəaliyyətlə məşğul olmuş elm adamları vardır.
İnstitutda tədris azərbaycan dilində həyata keçirilir. Yaxın gələcəkdə rus, ingilis və ərəb dilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərdən tələbələrin təhsilə cəlb olunması, həmçinin Yəhudilik, Xristianlıq, Hinduizm və Buddizm kimi böyük dünya dinlərinin müqəddəs mətnlərinin tədqiqi baxımdan mühüm əhəmiyyət kəsb edən ibri, qədim yunan, latın, və sanskrit dillərinin tələbələrə öyrədiləməsi məqsədilə xüsusi kursların təşkili planlaşdırılır.

Azərbaycan İlahiyyat institutunda aşağıdakı kafedralar mövcuddur:

Топ
alt menü