İlahiyyat İnstitutunun rektoru Cenevre Universitetində tələbələrlə görüşüb

21 Октября, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov İsveçrə Konfederasiyası Cenevre Universiteti İlahiyyat fakültəsinin magistr tələbələri qarşısında mühazirə ilə çıxış edib.

Aqil Şirinov məruzəsində Azərbaycanın tolerant ölkə olduğunu, burada tarixən məscid, kilsə və sinaqoqların yanaşı fəaliyyət göstərdiyini, inanclı insanların ibadətlərini yerinə yetirməkdə azad olduqlarını diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizdə yaşayan müxtəlif millətlərə və dinlərə mənsub insanların mədəni müxtəlifliyinə, birgəyaşayış ənənəsinə dövlət səviyyəsində xüsusi diqqət göstərilir. Rektor Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dini dəyərlərə hörmət və qayğıya əsaslanan siyasətin həyata keçirildiyini diqqətə çatdırıb.

44 günlük Vətən Müharibəsi ilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən Aİİ rektoru Ermənistanın təcavüzkarlığına da toxunub. Bildirib ki, bu torpaqlarda bütün məscidlər, qəbiristanlıqlar vəhşicəsinə məhv edilib. Bütün bunlara baxmayaraq, paytaxt Bakıda hazırda erməni kilsəsinin fəaliyyət göstərdiyini və burada erməni dilində minlərlə kitabın qorunduğunu diqqətə çatdırıb.

Aİİ rektoru Aqil Şirinovun məruzəsi tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, A.Şirinov İsveçrə Konfederasıyasının Cenevre şəhərində təşkil olunan “Birlikdə yeni körpülərin qurulması: keyfiyyətli təhsilin əsasında mənəviyyat və dəyərlər” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Вверх

Новости

Архив
alt menü