Yaxşı ki, müəllim olmuşam...

04 Декабрь, 2020

Yeni Yüzyıl Universiteti Hüquq fakültəsinin dekanı prof. Dr. Celal Erbayın Müəllimlər gününə həsr olunmuş yazısından bir hissəni təqdim edirik:

Yaxşı ki, müəllim olmuşam...


1993-cü ilin noyabr ayı idi. Müəllimim və ailə üzvlərimlə birlikdə Bakıya getmişdik. Səhərisi gün Bakı Dövlət Universiteti Filologiya fakültəsinin yerləşdiyi mərtəbəyə çatdığımız zaman burada tədris prosesi davam edirdi. İlahiyyat fakültəsində bəzi müəllimlər və tələbələrlə tanış olmuşdum. Fakültə bir il əvvəl açılmışdı. Qeyd edim ki, fakültədə hazırlıqla yanaşı, birinci kurs da mövcud idi. Tələbə sayı isə hazırlıq kursu ilə birlikdə, təxminən, 100-110 nəfər idi. Tələbələr hələ ki bilgilənməmişdilər deyə, onların zehinlərini biz dolduracaqdıq...

...1990-cı ildə baş vermiş 20 Yanvar hadisəsinə, rusların Azərbaycanı işğal etməsinə, Qarabağda törədilən haqsızlığa və 1918-ci ildən bu yana keçmişin faciəsinə və acısına 2 il göz yaşı axıtdıq.

Zaman tuneli ilə keçmişə addımladıq, Peyğəmbərimizin “Şanlı mövlud gecəsi”nin fövqəladə əhval-ruhiyyəsinə birlikdə şahid olduq. O əvəzsiz rəhbər, mümtaz şəxsiyyətlə xəyal aləmində birlikdə ucaldıq... Hicrətinə şahid olduq, Onun (s.ə.s.) rəhbərliyi altında Bədrdə iştirak etdik; bərabər xəndək qazdıq, Vida xütbəsini ərz edərkən Onun göz yaşlarına birlikdə şahid olduq....

Bax, mən həmin günlərimin xatirəsində qoyub-gəldim onları... Həm də iş başında, cəbhədə keşik çəkərkən.. Əlaqəmiz isə heç vaxt kəsilmədi. Üzərlərinə götürdükləri məsuliyyəti həyata keçirdiklərini yerində görmək və hüzurlarını duya bilmək üçün hər il ziyarət etdim onları... Rəbbimin onların qeyrətlərinə bərəkət, sözlərinə təsiri isə sonsuz idi...
Azərbaycan xalqı özünə dönüb, ulu babalarının nəfəsinə kökləndi. Bayraq, Millət, Şəhadət ruhu və eşqi ilə ruhlandı. Ayağa qalxdı və eyni ruh coşqusu ilə, içindəki azadlıq ordusu ilə Qarabağı geri aldı.

Ordu Qarabağda vuruşarkən tələbələrim təşkil etdikləri qruplarla, yaxın ətrafları ilə arxa cəbhədəki şəhid ailələri ilə əlaqə yaradaraq onlara təsəlli verir, camaatı cihad ruhu əhvalında tuturdular. Şuşaya Azərbaycan Bayrağı sancılana və erməninin öz məğlubiyyətini qəbul etməsinə qədər bu yardım davam etdi. Tələbələrim mənə zəng edib təbrik etdilər və belə dedilər: “Müəllim, bu zəfər sizin bizim könlümüzə yerləşdirdiyiniz ruhun, bizim də Azərbaycan xalqına təbliğ etdiyimiz coşqunun, şücaətin və cəsarətin əldə etmiş olduğu bir qələbədir. Sizi təbrik edirik. Allah sizdən razı olsun”!

Bəli, sevimli dostlar, mənim builki Müəllimlər Günündə aldığım ən böyük mükafat bu cümlələrin içindəki əsrarəngiz ruh, məna, səy və alın təridir... Əməklərimizin əvəzini bizlərə görməyi lütf edən Rəbbimə həmd olsun...

Fürsətdən istifadə edib bütün tələbələrimə təşəkkür edirəm. Bakıda birlikdə çalışdığımız müəllimlərə, başda Kamal Atik, Əli Ulusoy və Əli Rəsuloğlu olmaqla, Azərbaycanın bütün müəllimlərinə minnətdar olaraq, onların da Müəllimlər Gününü təbrik edirəm. Eyni zamanda, ibtidai sinifdən elmi çalışmalarımın sonuna qədər faydalandığım bütün müəllimlərimə təşəkkür edir və hər birinin bayramını təbrik edirəm...

Haqqa qovuşanlara rəhmət, sağ olanlara sağlam, uzun ömür arzu edirəm.

Вверх

Новости

Архив
alt menü