İlahiyyat İnstitutunun müəllimi konfransın işinə qatılıb

17 Сентябрь, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, dosent Məmmədəli Babaşlı Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Elm Komitəsinin “Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində İslam: ənənələr, trendlər, perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfransa onlayn formatda qatılıb.

Dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycanda dini təhsil: məzmunu, xüsusiyyətləri və inkişaf perspektivləri” mövzusunda çıxış edib. Məruzəçi Azərbaycanda dini təhsilin mərhələli şəkildə bərpası forması, mədrəsələrin, Bakı İslam Universitetinin, Bakı Dövlət Universitetinin tabeliyində İlahiyyat fakültəsinin açılması məsələsinə toxunub.

M.Babaşlı çıxışında Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi, qarşısında duran məqsəd və vəzifələr, müəssisənin strukturu, ali təhsil ocağında mövcud ixtisaslar, burada tədrisin tamamilə ödənişsiz həyata keçirilməsi, Aİİ-nin beynəlxalq əlaqələri, həmçinin əlavə pulsuz kursların təşkili, Yay və Qış məktəbləri haqqında geniş bəhs edib.

Вверх

Новости

Архив
alt menü