İlahiyyat İnstitutunda yeni tədris ilinin başlanması münasibətilə iclas keçirilib

18 Сентябрь, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni tədris ilinin başlanması münasibətilə iclas keçirilib.

Aİİ rektoru, dosent Aqil Şirinov yeni tədris ilinin başlanması münasibətilə ali təhsil müəssisəsinin kollektivini təbrik edib, işlərində uğurlar arzulayıb. Rektor qarşıda duran hədəf və məqsədlər barədə danışıb.
İnstitut rəhbəri 2024/2025-ci tədris ilində ali təhsil müəssisəsinin hər iki ixtisası üzrə plan yerlərinin tam dolduğunu, eyni zamanda, qəbul ballarının bu il yüksəldiyini xüsusi vurğulayıb. O qeyd edib ki, “İslamşünaslıq” ixtisasına qəbul prosesi zamanı abituriyentlər yüksək bilik nümayiş etdirdilər. Rektor onların gələcəkdə Vətənə, xalqa xeyirli, bilikli, savadlı kadrlar kimi xidmət edəcəklərinə əminliyini ifadə edib.

A.Şirinov daha sonra ali təhsil müəssisəsində təhsilalanlar üçün yaradılan şəraitdən bəhs edib. Bildirib ki, tədris prosesi zamanı, eləcə də dərsdənkənar məşğələlərdə müəllimlər tələbələrin savadlanması, elmi potensiallarının yüksəldilməsi üçün səylə çalışmalı, onların bilikli, yüksəkixtisaslı kadr kimi yetişməsi yönündə bacarıqlarını əsirgəməməlidirlər.

İclasda, həmçinin İnstitut müəllimləri tərəfindən dərsliklərin, məqalələrin yazılması, 16 oktyabr 2024-cü il tarixində “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusunda keçiriləcək respublika elmi-praktik konfransına hazırlıq prosesi barədə müzakirələr aparılıb.

Вверх

Новости

Архив
alt menü