Aİİ-nin “İlahiyyatçı” qəzetinin mart buraxılışı nəşr olunub

10 Апреля, 2019

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin mart buraxılışı çap olunub.
Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə göndərdiyi təbrik məktubu yer alıb.
Qəzetin ikinci səhifəsində “Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki” dərc olunub.
Mətbu orqanın 3-4-cü səhifələrində 5 mart 2019-cu il tarixdə Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda keçirilən beynəlxalq konfrans haqqında geniş yazı yer alıb.
“İlahiyyatçı” qəzetinin mart buraxılışında, həmçinin İnstitutun rektoru Ceyhun Məmmədovun “Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin strateji istiqamətlərindən biridir”; “Azərbaycan elmi dünyaya uğurla inteqrasiya edir”; Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinovun “Tarix və reallıq kontekstində yas mərasimləri”; dosent Anar Qafarovun “Soyqırımı və terror: mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi”; İnstitutun əməkdaşı Şahin Ələsgərovun “Bədii ədəbiyyat və tolerantlığın tərbiyə edilməsi” mövzusunda məqalələri dərc olunub.
Mətbu orqanın müxtəlif səhifələrində “...Bəşəriyyət qadınla yüksələcək”; “Bahar nə xoş gəlir ruha dad verir” başlıqlı məqalələr yer alıb. 26 Fevral – Xocalı soyqırımı və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə “Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunub”; “Türkiyənin “Anadolu” xəbər agentliyi və “Millət” qəzeti yazır...”; “Küveytin “əl-Müctəma” jurnalının səhifələrində”; “Soyqırımı Gününə həsr edilmiş “dəyirmi masa” başlıqlı yazılar bu qəbildəndir.
Mətbu orqanın mart buraxılışında, həmçinin millət vəkilləri, ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə təşkil olunan seminar və “dəyirmi masa”lar, tədbirlər haqqında xəbərlərə yer verilib. “Fazil Mustafa ilə görüş”; “Uğura gedən qısa yol”; “Qadının müasir cəmiyyətdə yeri və rolu mövzusunda dəyirmi masa”; “Din və elm mövzusunda seminar”; “İslamda ebru sənəti” mövzusunda seminar təşkil olunub”; “BMT-nin Könüllülər Proqramı”nın təqdimatı”; “İlahiyyat İnstitutunda Bayram tədbiri təşkil edilib”; Elm Gününə həsr olunmuş “Elm günü qeyd edildi”, həmçinin “Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Misirdə” başlıqlı məqalələr qəzetdə əksini tapıb.
“İlahiyyatçı” qəzetinin mart buraxılışında tələbələrin ictimai fəaliyyətini əks etdirən yazılar da dərc edilib. “Tələbələr Heydər məscidini ziyarət ediblər”; “Fərdi özünüifadənin inkişafı üçün” başlıqlı yazılar bu qəbildəndir. Həmçinin, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İnstitutun müəllim və tələbə heyətinin Quba səfəri “Erməni vəhşiliyinin Quba izləri...” rubrikası altında əksini tapıb.
Qəzetdə İnstitut tələbələrinin “Azərbaycan multikulturalizmi dünyaya bir nümunədir”; “Arzular çin olanda”; “Vaxt misli olmayan nadir incidir” başlıqlı yazıları dərc olunub.
Məlumat üçün bildiririk ki, qəzetin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Топ
alt menü