İlahiyyat İnstitutunda yaz semestrinin yay imtahan sessiyası başlayıb
Azərbaycan İlahiyyat İnstitutunda 2025/2026-cı tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq iki növbədə təşkil olunub. Bakalavriat səviyyəsində tələbələr “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə 37 fəndən, magistratura səviyyəsində isə “Təfsir”, “Hədis” və “Dinlərin tarixi” ixtisaslaşmaları üzrə 15 fəndən imtahan verəcəklər. İmtahanlar yazılı, zəruri hallarda isə şifahi formada baş tutacaq.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliklərinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb.