Vacancies

17.05.2019
VAKANSİYA

Azərbaycan İlahiyyat İnstitutu 9 fevral 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə yaradılıb.

Ali təhsil müəssisəsində öz sahəsində dərin biliklərə, zəngin təcrübəyə malik peşəkar müəllim və mütəxəssis heyəti fəaliyyət göstərir.

Peşəkar və böyüyən mühitdə bizimlə əməkdaşlıq etmək istəyən dinamik, enerjili, təşəbbüskar, öz sahəsində dərin biliklərə və təcrübəyə malik mütəxəssislər axtarırıq.
Bizimlə işləmək istəyən namizədlər ilahiyyatcv@ait.edu.az elektron ünvanına mövzu yerinə tutmaq istədikləri vəzifənin adını yazmaqla öz cv-lərini göndərə bilərlər. Yalnız müsahibə mərhələsinə keçən namizədlərlə əlaqə saxlanılacaq.

Ünvan: Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil küçəsi, 41A .
Tel.: (+99412) 510 39 62; (+99412) 510 65 45.

20.06.2019
Azərbaycan İlahiyyat İnstitutu baş müəllim və müəllim vəzifələrinə müsabiqə elan edir

Azərbaycan İlahiyyat İnstitutu dinşünaslıq, islamşünaslıq, dillər və ictimai fənlər kafedralarına vakant baş müəllim və müəllim vəzifələrinə müsabiqə elan edir.

Baş müəllim vəzifəsinə müsabiqədə ən azı 3 illik elmi-pedaqoji stajı olan elmlər namizədləri və ya ən azı 5 illik elmi-pedaqoji stajı olan magistrlər iştirak edə bilərlər.

Müəllim vəzifəsinə müsabiqədə elmi-pedaqoji stajı olan elmlər namizədləri, eləcə də ən azı 3 il elmi-pedaqoji stajı olan magistrlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim olunma müddəti elan olunduğu gündən başlayaraq 30 gündür (hər iki tarix daxil olmaqla 2019-cu il iyunun 20-dan iyulun 19-dək)

Müsabiqədə iştirak etmək istəyən şəxslər rektorun adına ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
- kadrların şəxsi qeydiyyat vərəqəsi;
- tərcümeyi-hal;
- ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin sürəti;
- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı.

sub menu