İlahiyyat İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.
Elmi Şuranın gündəliyinə İnstitutun fəaliyyət istiqamətləri, qarşıda duran prioritetlər və tədris prosesinin təşkili ilə bağlı bir sıra məsələlər daxil edilib.
İclasda yay imtahan sessiyasına hazırlıq vəziyyəti müzakirə olunub, bu istiqamətdə həyata keçiriləcək tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Eyni zamanda, 2027–2028-ci tədris ili üçün tələbə qəbulu üzrə proqnoz yerləri və qəbul planı layihəsinə dair ilkin müzakirələr aparılıb.
İclasda həmçinin İnstitut Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti və tələbələrlə işin təşkili məsələlərinə toxunulub. Bununla yanaşı, bakalavriat və magistratura səviyyələri üzrə hazırlanması davam edən dərsliklərin mövcud vəziyyəti, görülən işlər və nəşr mərhələsinə dair məlumat təqdim olunub.