İlahiyyat İnstitutunda “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib

18 June, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İlahiyyat fakültəsinin tələbələri üçün “Rəhbərlik proqramı” çərçivəsində “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda vebinar keçirilib.
“Microsoft Teams” proqramı üzərindən təşkil olunan tədbirdə Aİİ-nin müəllimləri və tələbələri iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov tədbiri giriş sözü ilə açaraq, “Rəhbərlik proqramı” çərçivəsində hər ay keçirilən vebinarların əhəmiyyətindən bəhs edib. A.Qənbərov fəlsəfə elminin gənclərin həyatındakı önəmini vurğulayaraq, mövzunun əhəmiyyətinə toxunub.
Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Fəlsəfənin əhəmiyyəti və onun sosial həyatdakı rolu” mövzusunda çıxış edib. Məruzəçi çıxışında fəlsəfə elminin mahiyyəti, funksiyaları, sahələri haqqında geniş söz açaraq, onun faydaları, həyatımıza təsirləri haqqında ətraflı danışıb. Fəlsəfəni digər elm sahələrindən fərqləndirən səciyyəvi xüsusiyyətlərini nəzərə çatdıran A.Qafarov bu elmin gənclərin dünyagörüşünün inkişafında təsirlərini xüsusi qeyd edib.
Vebinar tələbə və müəllimlərin mövzu ətrafında sualları və müzakirələri ilə davam edib.
Qeyd edək ki, Aİİ tələbələri üçün İlahiyyat fakültəsinin dekanlığı tərəfindən “Rəhbərlik proqramı” çərçivəsində müxtəlif mövzularda aylıq vebinarlar təşkil olunur.

sub menu