Elmi nəşrlər
Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Ən son yayımlanan nəşr
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun “Azərbaycanda dövlət-din münasibətləri” adlı kitabı nəşr olunub.
Monoqrafiyada Azərbaycanda dövlət-din münasibətlərinin tarixi nəzəri və hüquqi aspektlərdən tədqiq edilir. Azərbaycanda dünyəvilik prinsipinin tarixi kökləri araşdırılır, müasir dövrdə bəşəriyyətdə mövcud dövlət-din münasibətlərinin modelləri müqayisə edilir. Əsərdə, həmçinin müstəqillikdən sonra Azərbaycan Respublikasında din siyasətinin prioritetləri, əsas amilləri və bu siyasətin dinamikliyi müəyyənləşdirilir.
Digərləri
Orta əsr İslam fikrində din və fəlsəfə
Bakı 2019"İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda konfransın materialları
Bakı 2019Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik
Bakı 2019Azərbaycan Respublikasının Konstitusiyası (Fars dilində)
Bakı 2019Azərbaycanda Ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər
2019“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun materialları (Tezislər)
2019Heydər Əliyevin kəlamları
Bakı 2019İslam İqtisadiyyatı
Bakı 2019Azərbaycanda dövlət - din münasibətləri (dünyəviliyin nəzəri və hüquqi əsasları)
Bakı 2019