Hüquqşünasın fəaliyyət istiqamətləri
- İnstitutun fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsinin təmin edilməsi;
- Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət edilməsi;
- İnstitutda müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərin təşkil edilməsi;
- İnstitutun hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin edilməsi;
- Hüquqi təhlil və ekspertiza işinin təşkil edilməsi və həyata keçirilməsi;
- Təşkilatın struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
Hüquqşünasın əmək funksiyaları:
- İnstitutda qanunvericiliyin tələblərinin gözlənilməsini, müəssisənin və işçilərin qanuni hüquqi maraqlarının müdafiəsini təmin edir.
- İnstitutda hazırlanmış layihələrin qanunvericiliyin tələblərinə uyğunluğunu təmin edir, bu sənədlərin hazırlanmasında iştirak edir.
- İnstitutda əmək intizamını möhkəmləndirmək üçün tədbirlərin həyata keçirilməsində iştirak edir.
- İnstitut tərəfindən verilmiş əmrlərin və hüquqi aktların tətbiqi ilə bağlı icraçılara məsləhətlər verir.
- İctimai təşkilatlara köməklik göstərir.
- Hüquqi bilikləri təbliğ edir.