ƏMƏK FUNKSİYASI
• İnstitutun fəaliyyəti barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə təbliğat və təşviqatın aparılması,
• İnstitutun fəaliyyəti haqqında məlumatların mətbuat açıqlaması,
• Brifinq, mətbuat konfransları və digər üsullarla mütəmadi olaraq ictimaiyyətə çatdırılması,
• İnstitutun qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi haqqında ictimaiyyətə müntəzəm məlumatın verilməsi,
• Açıqlanılması məcburi olan ictimai informasiyanı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş qaydada və müddətdə açıqlanması.
• İnstitutun fəaliyyəti ilə bağlı KİV-də gedən yazı, veriliş və xəbərlərin araşdırılması və lazım olduğu təqdirdə cavab tədbirlərinin görülməsi.
• İnstitut rəhbərliyi və əməkdaşlarının KİV-də yazı və ya çıxışlarla çıxış etmələri üçün zəruri işlərin görülməsi.
• İnstituta daxil olan informasiya sorğularını ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin edilməsi.
• İnstitut tərəfindən təşkil olunan görüşlərdə, tədbirlərdə, təlimlərdə iştirak edilməsi, eləcə də keçirilən tədbirlər barədə məlumatların hazırlanması və İnstitutun saytında, habelə sosial şəbəkələrdəki səhifəsində yerləşdirilməsi.
• Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.