Magistratura və Doktorantura şöbəsi

Azərbaycan İlahiyyat İnstitutunun Magistratura və doktorantura şöbəsi “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan İlahiyyat İnstitutunun strukturunda fəaliyyət göstərən orqandır.
Şöbə öz fəaliyyətində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin aktlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, İnstitutun Nizamnaməsini, Azərbaycan Respublikasında qüvvədə olan digər qanunvericlik aktlarını, rektorun əmr və sərəncamlarını, İnstitutun Elmi Şurasının qərarlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur.


Magistratura və doktorantura şöbəsinin əsas fəaliyyəti aşağıdakılardan ibarətdir:

– şöbə magistrant və doktorantların (dissertantların) tədqiqat işlərinin təşkili və əlaqələndirilməsi ilə bağlı məsələlərlə məşğul olur;
– şöbəyə daxil olan və şöbədən göndərilən sənədlərin qeydiyyatını aparır;
– magistrant və doktorantlarla (dissertantlarla) bağlı bütün statistik məlumatları hazırlayır;
– magistrant və doktorantların (dissertantların) şəxsi işlərini hazırlayır və onlarda müvafiq dəyişiklikləri qeyd edir;
– doktorantura səviyyəsi üzrə qəbul imtahanlarını təşkil edir;
– doktorant və dissertantlarla bağlı bütün əmrləri və sənədləri hazırlayır;
– qanunvericilikdən irəli gələn digər funksiyaları yerinə yetirir.

Şöbədə Dinşünaslıq ixtisasına daxil olan aşağıdakı ixtisaslaşmalar üzrə magistr hazırlığı həyata keçirilir:

1. Dinlərin tarixi.
2. Dinin sosiologiyası.
3. İslamşünaslıq.
4. Dinin psixologiyası.
5. Dinin fəlsəfəsi.

Magistrantlar tədrislə yanaşı, yüksəkixtisaslı mütəxəssislərin elmi rəhbərliyi altında ixtisas kafedraları tərəfindən dissertasiya işi üzərində işləyirlər. Dissertasiya işini müdafiə etdikdən sonra onlar magistr dərəcəsi almağa layiq görülürlər.

Fidan Yusifova

Şöbə müdiri

Rəşad Seyfullayev

Baş mütəxəssis

İnci Bağırlı

Aparıcı mütəxəssis
alt menü