Azərbaycan İlahiyyat İnstitutu Həmkarlar İttifaqı Komitəsi 01.10.2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun müəllim və işçi kollektivinin iclası ilə təsis edilmiş, iclasda Azərbaycan İlahiyyat İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri və üzvləri seçilmiş, Aİİ HİK-in Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin tabeliyində və Azərbaycan İlahiyyat İnstitutu Tələbə Həmkarlar Təşkilatı ilə birgə fəaliyyətinə qərar verilmişdir. Komitənin sədr, sədr müavinləri və üzvlərinin adları aşağıdakılardan ibarətdir:
1. Mustafayev Ənvər Ramazan oğlu – Aİİ HİK-in sədri;
2. Seyfullayev Rəşad Əliheydər oğlu – Aİİ HİK-in sədr müavini;
3. Musayev Məcid Yəhya oğlu – Aİİ HİK-in mühasibi;
4. Niyazov Əhməd Seyful oğlu – Aİİ HİK-in üzvü;
5. Mehman Məhərrəmov - Aİİ HİK-in üzvü;
6. Şəhavətova Aygün Eldar qızı – Aİİ HİK-in üzvü;
7. Ağayeva Samirə Əli qızı – Aİİ HİK-in üzvü;
8. Xəlilov Peyman Müsahib oğlu – Aİİ HİK-in sədr müavini (Aİİ THT-nin sədri).
Komitə haqqında ümumi müddəalar
1.1. Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tabeliyində olan Azərbaycan İlahiyyat İnstitutu Həmkarlar İttifaqı Komitəsi kollektivin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi məqsədilə yaradılan qeyri-siyasi ictimai birlikidir.
1.2. Komitə öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası Qanununa, Əmək Məcəlləsinə, DİİXİHİRK-nin Nizamnaməsinə, AHİK-in Nizamnaməsinə və digər müvafiq sənədlərə əsasən həyata keçirir.
1.3. Komitənin fəaliyyəti azadlıq, hüquq bərabərliyi, özünüidarə və qanunçuluq prinsiplərinə əsaslanır.
Komitə öz strukturu, məqsədləri, fəaliyyət forma və üsullarının müəyyənləşdirilməsində azaddır.
Komitə öz fəaliyyətində işəgötürən, onların şöbələri və digər ictimai birliklərdən asılı deyil, onlara hesabat vermir və nəzarətində deyildir.
Komitə öz üzvlərinin mənafelərini əsas tutaraq qanunvericilik, icra hakimiyyəti, işəgötürənlərin birlikləri, digər ictimai birliklər, hüquqi şəxslər və vətəndaşlarla qarşılıqlı fəaliyyət qurur.
Komitə respublika və xarici dövlətlərin həmkarlar ittifaqları, onların birlikləri ilə əməkdaşlıq edir, ümumölkə və beynəlxalq həmkarlar ittifaqları birliklərinin yaradılmasında iştirak edə və onların üzvü ola bilər.
1.4. Komitə hüquqi şəxs statusuna malikdir: qanunlar, hüquqi aktlar vasitəsilə öz vəzifəsini icra edir.
Komitənin məqsədi, vəzifəsi və fəaliyyətinin əsas istiqamətləri
2.1. Komitənin əsas məqsədi məşğulluq, əməkhaqqının verilmə şərtləri, sağlamlığın və əməyin mühafizəsi, habelə sosial təminatlara riayət edilməsi kimi məsələlərdə öz üzvlərinin hüquqlarının və maraqlarının müdafiəsindən ibarətdir;
- İnstitutda öz üzvlərinin qanuni hüquqlarını və maraqlarını müdafiə və təmsil edir;
- işəgötürənlə danışıqlar aparır, kollektiv müqavilələr bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir;
- işdən çıxarılan komitə üzvlərinin sosial müdafiəsinə köməklik edir, məşğulluq sahəsində qanunlara riayət olunmasına nəzarət edir;
- işəgötürənlərin və vəzifəli şəxslərin əmək və əməyin mühafizəsinə aid olan qanunvericiliyə riayət etməsinə nəzarəti həyata keçirir;
- işçilərin və onların ailə üzvlərinin sağlamlığının möhkəmlənməsinin qayğısına qalır, onların sanatoriya-kurort müalicəsinin və istirahətinin təşkilinə köməklik edir;
- komitə üzvlərinin hüquqlarının və maraqlarının müdafiəsi üçün qanunvericilikdə öz əksini tapan kütləvi tədbirlərin bütün növlərindən istifadə edir;
- tələbələrin təhsilalma şəraitinin yaxşılaşdırılması, çətin həyat durumlarına maddi dəstək verilməsi, işlə təmin olunmasına yardım göstərir;
- tələbələrin elmə və biliyə olan marağının artırılması istiqamətində tədbir və konfranslar təşkil edir.