Ceyhun Məmmədov

Azərbaycan İlahiyyat İnstitutunun rektoru,
ilahiyyat üzrə fəlsəfə doktoru

Məmmədov Ceyhun Valeh oğlu 1975-ci il 28 yanvar tarixində Cəbrayıl rayonunda anadan olub.
1991-1994-cü illərdə Suriya Ərəb Respublikasının Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad İnstitutunda təhsil alıb.
1994-1998-ci illərdə Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsi, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alıb.
2000-2002-ci illərdə Azərbaycan Respublikası, Xəzər Universiteti, Humanitar fənlər fakültəsi, Ərəb dili üzrə magistratura dərəcəsi
2004-2007-ci illərdə AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutu, dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
C.Məmmədov 2001-2002- ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis vəzifəsində işləyib.
2002-2006-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2012-ci illərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dinşünaslıq ekspertizasının ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusunun redaktoru vəzifəsində işləyib.
2013-2014-cü illərdə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin böyük elmi işçisi, 2015-2018-ci illərdə AR Prezidentinin Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçi olub.
2017-2018-ci illərdə Azərbaycan Dillər Universitetinin müəllimi vəzifəsində işləyib.
2018-ci il 31 may tarixindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Ailəlidir, bir övladı var.

Rektorun köməkçisi

Emin Orucov

köməkçi
alt menü