Aİİ xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verir. Ali təhsil müəssisəsinin hədəfi tədrisin müasir tələblər səviyyəsində qurulması məqsədilə dünyanın digər qabaqcıl universitetləri ilə yanaşı, Rusiya ali məktəblərinin təcrübəsindən yararlanmaq, həmçinin universitetlərarası əlaqələrin genişləndirilməsidir.
Müqavilələr tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, qarşılıqlı anlaşma, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi-araşdırma və təhsil sahəsində qarşılıqlı əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. Sənədlərdə elmi təcrübə və araşdırma, tədris metodikası üzrə elmi məlumatların ötürülməsi, tədris prosesinin təşkili ilə bağlı təcrübənin bölüşülməsi, elmi-tədqiqat proqramları və layihələrinin birgə təşkili, tələbə mübadiləsi, elmi və metodiki vəsaitlərin çap olunması və digər məsələlər nəzərdə tutulur.
Azərbaycan İlahiyyat İnstitutu ötən illər ərzində müxtəlif ölkələrin universitetləri ilə əlaqələr yaradıb, Türkiyənin Ankara, İstanbul, Marmara, “29 Mayıs”, Kırıkkale universitetləri, R
İstanbul 29 Mayıs, Mərmərə, Ankara və Kırıkkale Universitetiləri, Rusiyanın Perm Dövlət İncəsənət İnstitutu, Moskva İslam İnstitutu, Malayziya Beynəlxalq İslam Universiteti, İndoneziyanın Ahmad Dahlan Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası, Rusiyanın Bolqar İslam Akademiyası, Türkiyənin Kırşehir Ahi Evran Universiteti, Qazaxıstanın Əhməd Yasəvi Universiteti, Türkiyənin Düzce Universiteti, Sivas Cümhuriyyət Universiteti, Pakistanın Müsəlman İnstitutu, Qazaxıstanın “Nur-Mübarək” Misir İslam Mədəniyyəti, Türkiyənin Muş Alparslan Universiteti, Türkiyənin Yozqat Bozok Universiteti, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universiteti Tbilisi Ruhani Akademiyası və Seminariyası, Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyi Elm Komitəsinin Fəlsəfə, Siyasi Elmlər və Dini Tədqiqatlar İnstitutu İndoneziyanın Syarif Hidayatullah Dövlət İslam Universiteti, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti arasında əməkdaşlıq protokolları imzalayıb.
Bundan əlavə Sakarya Universiteti, Sivas Cümhuriyyət Universiteti, Tekirdağ Namık Kemal Universiteti, Kocaeli Universiteti, Batman Universiteti ilə “Erasmus+” və Mübadilə Proqramı üzrə protokollar imzalayıb.