"İslam sivilizasiyası və elm: tarix və müasirlik" mövzusunda konfransın materialları

Bakı 2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər il 27 mart tarixinin “Elm Günü” kimi təsis edilməsi haqqında Sərəncamının icrası məqsədilə 4 aprel 2019-cu il tarixdə Elm Gününə həsr olunmuş Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən “İslam sivilizasiyası və elm: tarix və müasirlik” mövzusunda konfransın materialları nəşr olunub.

Konfransa təqdim edilən məqalələr mövzunun aktuallığı, elmi əhəmiyyəti, əldə olunmuş yeniliklərə və nəticələrə əsasən Təşkilat Komitəsi tərəfindən seçilərək kitaba daxil edilib. Kitabda 17 məqalə yer alıb.

Ən son yayımlanan nəşrlər

alt menü