İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda

17 Oktyabr, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Almaniyada beynəlxalq elmi tədbirdə iştirak ediblər.

Aİİ İlahiyyat fakültəsinin dekanı – dos., i.f.d. Elnurə Əzizova və dekan müavini – f.f.d. Kövsər Tağıyev Almaniyanın Freyburq Universitetinin təşkilatçılığı ilə keçirilən “Milli dövlətlər və Quran: postsovet məkanında tərcüməçilər, anlatılar və müzakirələr” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər.

Dosent E.Əzizova “Postsovet məkanında Qurana əsaslanan “Siyər” təsəvvürü: azərbaycanca Quran tərcümələri kontekstində Məhəmməd peyğəmbərin bioqrafiyası” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Quranın Azərbaycan dilinə tərcümələrində erkən İslam tarixinə baxış və Məhəmməd peyğəmbər dövrünün siyasi, iqtisadi, ictimai və mədəni hadisələrinin necə əks olunduğunu müqayisəli təhlil edib.

F.f.d. Kövsər Tağıyev “Postsovet Azərbaycanında Quran tərcümələri və tərcümə prosesinin əsas xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın müstəqillik əldə etməsinin ardından Quranın tərcümə və şərhlərinin yazılması prosesini də işıqlandırıb.

alt menü