Azərbaycan İlahiyyat İnstitutunda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

16 Noyabr, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə maarifləndirici tədbir təşkil olunub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məruzə ilə çıxış edib.

Məruzəçi Azərbaycanda din azadlığının təmin olunması, bu istiqamətdə ölkənin mənzərəsi, tolerantlıq ənənələri və dövlətin din siyasətinin əsas istiqamətləri barədə məlumat verib. O, ölkəmizdə müxtəlif dini konfessiyaların sərbəst fəaliyyət göstərdiklərini, fərqli dini inanclara mənsub insanların qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

G. İsmayılov Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayıb, tolerantlıq ənənələrinin formalaşmasında tarixi, coğrafi və siyasi amillərin rolundan bəhs edib. Bildirib ki, bu ənənələrin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması və mövzu ətrafında müzakirələrlə davam edib.

alt menü