Azərbaycan İlahiyyat İnstitutunda “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib

16 Dekabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vətənimin şairləri-şairlər Vətəni” mövzusunda müsabiqə keçirilib.
“ZOOM” proqramı vasitəsilə onlayn formada təşkil olunan müsabiqədə Aİİ-nin tələbələri iştirak ediblər.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, bu səpkili müsabiqələrin tələbələrin elmə, maarifləndirici yarışmalara maraqlarının həmçinin, ümumi biliklərinin və dünyagörüşlərinin artırılmasının, vətənpərvərlik duyğularının yüksəldilməsinin, onların öz biliklərini daha çevik şəkildə ifadə etmək baxımından xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, iştirakçılara uğurlar diləyib.
Üç turdan ibarət olan müsabiqədə, ümumilikdə, 45 sual səsləndirilib. Suallar “Azərbaycan ədəbiyyatı antalogiyası (nəzm)” kitabında olan şeir nümunələrini əhatə edib. Antalogiya əvvəlcədən tələbələrə təqdim olunub və suallar sözügedən ədəbiyyatda yer alan şeir nümunələrinə uyğun hazırlanıb.
Müsabiqənin sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qaliblər müəyyən edilib, mükafatlandırılıb və onlara diplomlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda pandemiya dövründə də tələbələrin dünyagörüşlərinin artırılması, mütaliə vərdişlərinin və nitq qabiliyyətlərinin formalaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

alt menü