Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Konstitusiyasını Fars dilinə tərcümə edib

29 Avqust, 2019

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Azərbaycan Respublikasının Konstitusiyasını Fars dilinə tərcümə edib. Tərcüməni ali təhsil müəssisəsinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Məlikov həyata keçirib.

Kitabın ön sözündə Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Azərbaycan həqiqətlərinin və ölkənin mədəni-mənəvi irsinin tanıdılması və təbliği məqsədilə bir sıra layihələr həyata keçirdiyini qeyd edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu gələcəkdə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Azərbaycan Konstitusiyasının tərcüməsi bu istiqamətdə atılan addımlardan biridir.

Qeyd edək ki, ali təhsil müəssisəsi kitab nəşrləri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihədə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, ilahiyyat sahəsindəki problemləri araşdıran və beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməyi İnstitut qarşısına məqsəd qoyub.

alt menü