İlahiyyat İnstitutunda Qurban bayramına həsr olunmuş tədbir keçirilib

26 Май, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qurban bayramına həsr olunmuş tədbir keçirilib.

Aİİ-nin İslamşünaslıq kafedrasının müəllimi, f.f.d Vüqar Səmədov iştirakçıları qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, bayramın İslam dünyasında daşıdığı mənəvi əhəmiyyətdən bəhs edib.

V.Səmədov Qurban bayramının insanları həmrəyliyə, paylaşmağa və sosial yardımlaşmaya təşviq etdiyini bildirib. O qeyd edib ki, qurban ibadəti təkcə dini ritual deyil, eyni zamanda cəmiyyət daxilində mərhəmət, birlik və mənəvi dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Məruzəçi həmçinin qurban ibadətinin mahiyyəti, həyata keçirilməsi qaydaları və bu ibadətin İslam ənənəsindəki yeri haqqında ətraflı məlumat verib.

Вверх

Новости

Архив
alt menü