İlahiyyat İnstitutunda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin tələbələri iştirak edib.
Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərovun moderatorluğu ilə baş tutan tədbirdə Elmi Tədqiqat “Qafqaz Tarixi Mərkəzi” İctimai Birliyinin sədri Rizvan Hüseynov çıxış edib.
R.Hüseynov 28 May – Müstəqillik Gününün Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılması ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub. R.Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, dövlət quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə müstəqillik tariximizin öyrənilməsinin və gənc nəslə düzgün şəkildə çatdırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.