Beynəlxalq Simpozium panellərlə davam edir

21 Сентябрь, 2022

“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpozium panellərlə davam edir.

Panellər f.e.d., dos. Zəkiyyə Əbilova, f.f.d., dos. Əhməd Niyazov, Dr. Adem Yıldırım, f.f.d., dos. Gülçöhrə Seyidova, f.f.d., dos. Anar Qafarov, i.f.d., dos. Elnurə Əzizova, Prof. Şahin Ahmetoğlu, f.f.d., dos. İlkin Əlimuradov, Prof. Abdurrahman Candan və Prof. Zekeriya Akmanın moderatorluğu ilə baş tutub.

Dünyanın müxtəlif ölkələrindən çıxış edən alimlərin məruzələri onlayn və oflayn formatda dinlənilir.

Beynəlxalq simpoziumda “İslam tarihinde birlikte yaşama kültürünün ilk örneği olan sahabe toplumunda etnik yapı”; “İslam tolerantlıq və başqasını qəbuletmə dinidir... Sülh şəraitində yaşamağa mədəni baxış”; “Farklı, benzer ve bütünleştirici yönleriyle insanın birlikte yaşama kültürüne katkısı”; “Birlikte yaşamanın dini ve ahlaki esasları”; “İslam mədəniyyətində birgəyaşayış fəlsəfəsi: qeyb və mövcudluq monodünyasından aşkar və varlıq multidünyasına doğru”; “Birgəyaşayış ənənəsini formalaşdıran mənəvi dəyərlər: İslam əxlaq fəlsəfəsi müstəvisində”; “İslamda tolerantlıq ideyasının nəzəri məsələləri və tarixi təcrübə”; “Qurani-Kərimin ayələri kontekstində birlikdə yaşama hüququ”; “Birgəyaşayış mədəniyyəti və onun fəlsəfi əsasları”; “Birlikte yaşamı mümkün kılan temel insan nitelikleri bağlamında bir değerlendirme”; “Quran təhsilinin dinc yanaşı yaşamağa təsiri”; “Niyetin Kur’ân öğretisindeki niteliği/-keyfiyeti ve değeri”; “Quranda birgəyaşayışın əhəmiyyəti”; “Gürcüstanda İslam təhsil müəssisələri: tarixi icmal və müasir reallıqlar”; “Diyanet hizmetlerinin Türkiye-Azerbaycan münasebetlerindeki rolü”; “Qurani-Kərimdə mötədillik nümunələri (təlim-təbliğ kontekstində)”; “İslamda əhli-beyt nümunəsində birgəyaşayış metodları”; “Xətib Təbrizinin “Şərhul-Müfaddaliyyat”ında (ixtiyarat) müxtəlif dinlərə etiqad göstərən şairlər”; “Azerbaycan ve Anadolu türklerinin mezhepler arası yakınlaşma kültürüne katkısı bakımından maktel edebiyatı”; “Qəzzalinin təkfir məsələsinə ontoloji-hermenevtik yanaşma”; “Sosial həmrəylik mənəvi birliyə aparan yol kimi”; “Qurani-Kərim və birgəyaşayış mədəniyyəti”; “İslam medeniyetinde birlikte yaşama kültürünün oluşumunda fıkhî bir dinamik olarak örf’ün yeri” və digər mövzularda məruzələr dinlənilərək müzakirələri aparılır.

Qeyd edək ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium iki gün davam edəcək. Tədbirdə 100-ə qədər məruzəçinin məruzələri 10 paneldə dinləniləcək.
Tədbirin materiallarının kitab halında çap olunması nəzərdə tutulur.

Вверх

Новости

Архив
alt menü