“Azərbaycan ədəbiyyatı nümunələrinin Ukrayna dilinə tərcüməsində Azərbaycan dəyərlərinin təbliği” mövzusunda seminar keçirilib

21 Июнь, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Ukraynadakı nümayəndəsi Marina Qonçarukla görüş keçirilib.
Tədbirdə İnstitutun müəllimləri və əməkdaşları iştirak ediblər.
Öncə Tədris şöbəsinin müdiri Zərifə Əliyeva görüş iştirakçılarını salamlayıb. Daha sonra İnstitutun qarşısında duran prioritet məsələlərə toxunan Z.Əliyeva Aİİ əməkdaşlarının və tələbələrin maarifləndirilmələri istiqamətində görülən işlər haqqında məlumat verib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək, Azərbaycan–Ukrayna münasibətlərinə toxunub, bu əlaqələrin tariximizə və ədəbiyyatımıza təsirini qeyd edib. M.Qonçarukun 44 günlük Vətən müharibəsində sosial şəbəkələrdə Azərbaycana dəstək verdiyini vurğulayıb.
Marina Qonçaruk “Azərbaycan ədəbiyyatı nümunələrinin Ukrayna dilinə tərcüməsində Azərbaycan dəyərlərinin təbliği” mövzusunda təqdimatla çıxış edib.
Məruzəçi Azərbaycan ədəbiyyat nümunələrinin Ukrayna dilinə tərcüməsi, həmçinin onun tarixi barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan ədəbiyyat nümunələrinin Ukrayna dilinə tərcüməsində əməyi keçən insanlar Ukrayna dövlətinin qurulmasında xidmətlər göstərmiş şəxslər olublar.
M.Qonçaruk Azərbaycan ədəbiyyatını Ukrayna dilinə tərcümə edənlər barədə ayrı-ayrılıqda məlumat verərək, hər biri haqqında ətraflı danışıb. Onların təhsili, Azərbaycan dili və tarixi ilə bağlı təhsil almaları barədə məlumatları diqqətə çatdırıb.
Tədbir iştirakçıların qarşılıqlı müzakirəsi ilə davam edib.

Вверх

Новости

Архив
alt menü