“Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilir.
Aİİ İlahiyyat fakütləsinin dekanı, dosent Elnurə Əzizova “İslam tarixində uşaq hüquqları” mövzusunda məruzə ilə çıxış edib. O, Qurani-Kərimdə uşaqların əsas hüquqları haqqında geniş məlumat verib. E.Əzizova İslamın erkən dövrlərindən etibarən uşaqların qorunması, təhsili və sosial rifahına dair nəzəri-praktik yanaşmaları iştirakçıların diqqətinə çatdırıb.