Azərbaycan İlahiyyat İnstitutunda tələbələr üçün elmi seminarlar təşkil olunub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) tələbələr üçün elmi seminarlar təşkil olunub.
Mühazirələr Gürcüstanın Biliklərin İnteqrasiyası İnstitutu Tədqiqatlar və qrantlar şöbəsinin direktoru, professor Elmira Axmedova və Məqasid Qlobal İnstitutunun elmi işlər üzrə vitse-prezidenti, professor İldus Rafikov tərəfindən keçirilib.
Tələbələrin böyük marağına səbəb olan mühazirələrdə prof. Elmira Axmetova “Quranın tarix anlayışı”, “İslam sivilizasiyasında təhsil müəssisələri”, “İslam sivilizasiyası dövründə elmin inkişafı” mövzularından, prof. İldus Rafikov “Məqasid əş-Şəriəyə anlayışına giriş”, “İki oxunuş: Allahın Kitabı və Kainatın Kitabı”, “İslamda Vəqf İnstitutu” mövzularından bəhs edib.
Qeyd edək ki, Aİİ-də yüksəkixtisaslı kadrların hazırlanması, eyni zamanda tələbələrin elmi potensiallarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə İnstitut təhsilalanların tədqiqat bacarıqlarının inkişafı üçün yerli və xarici ölkə alimlərinin təlim və seminarlarını təşkil edir, müxtəlif təqaüd proqramlarında tələbələrin aktiv iştirakını təmin edir.