Seymur Nəsirov İlahiyyat İnstitutunu ziyarət edib.

26 December, 2022

Ümumdünya Fətva Evləri və Heyətləri Baş Katibliyinin müşaviri Seymur Nəsirov Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru Aqil Şirinov qonağı İnstitutda görməkdən məmnun olduğunu qeyd edib. Aqil Şirinov qonağa ali təhsil müəssisəsinin fəaliyyəti və hədəfləri, burada tədris olunan ixtisaslar barədə məlumat verib. Aİİ-nin xarici ölkə universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayan A.Şirinov diqqətə çatdırıb ki, dünyanın bir çox tanınmış ali təhsil müəssisələri ilə ikitərəfli protokollar, memorandumlar imzalanıb.

Müşavir Seymur Nəsirov ali təhsil müəssisəsinin rəhbərinə səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. S.Nəsirov Aİİ-nin fəaliyyətinə uğurlar arzulayaraq, bu ali təhsil müəssisəsi ilə Misir universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün əlindən gələni edəcəyini bildirib.

Görüş birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

sub menu