“Fiqh üsulu” dərsliyi nəşr olunub

23 December, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) prorektoru, dosent Mübariz Camalovun “Fiqh üsulu” dərsliyi nəşr olunub.

Dərslik Ön söz, Giriş, Dəlillər, Hökmlər, Mənbələrdən hökm çıxarmaq metodları, İctihad və təqlid bölmələrindən ibarətdir.

Müəllif “Ön söz”də bildirib ki, kitabın hazırlanmasında əsas məqsəd həm bu sahədəki mənbə çatışmazlığına töhfə vermək, həm də Azərbaycan İlahiyyat İnstitutunun tədris siyasətinə uyğun olaraq, islami elmlərə məzhəblərüstü təhsil çərçivəsində yanaşmamızı təqdim etməkdir. Buna uyğun olaraq, dərslikdə təsviredici metodla mövcud məzhəblərin fiqh üsulu anlayışları müqayisəli şəkildə təqdim edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunan əsərlərinin nəşri daxildir. Eyni zamanda, İnstitutun qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

sub menu