Özbəkistan Beynəlxalq İslam Akademiyasının təşkil etdiyi silsilə mühazirələr başa çatıb

25 June, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllim, tələbə və əməkdaşlar üçün Özbəkistan Beynəlxalq İslam Akademiyasının təşkil etdiyi silsilə mühazirələr başa çatıb.

Mühazirələr “ZOOM” proqramı vasitəsilə onlayn formatda keçirilib. “Mavəraünnəhrdə təfsir elmi”; “Fanatizmə qarşı mötədil teoloji metodlar”; “Mərkəzi Asiyada kəlam elminin inkişafı”; “Özbəkistanda ərəb dilinin tədrisi: tarix və müasirlik”; “İslam sivilizasiyasının inkişafında Zəməxşəri elmi irsinin rolu” mövzularında təşkil olunub.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu və Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün müştərək akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

sub menu