“İnsan haqları anlayışı və insan haqları konvensiyaları” mövzusunda tədbir keçirilib

09 June, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İnsan haqları aylığı çərçivəsində “İnsan haqları anlayışı və insan haqları konvensiyaları” mövzusunda tədbir keçirilib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərovun moderatorluğu ilə baş tutan tədbirdə İnstitutun hüquqşünası Tunar Kərimli məruzə ilə çıxış edib.

T.Kərimli insan haqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq insan hüquqları konvensiyaları və bu sahədə mövcud hüquqi mexanizmlər haqqında ətraflı məlumat verib. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması demokratik cəmiyyətin əsas dəyərlərindən biridir və bu hüquqların təmin olunması beynəlxalq hüququn mühüm istiqamətlərindən hesab edilir.

Görüş tələbələrin insan hüquqları sahəsində biliklərinin artırılmasına, hüquqi dünyagörüşlərinin genişlənməsinə və beynəlxalq insan hüquqları sənədləri barədə məlumatlılığının yüksəldilməsinə töhfə verib.

sub menu