İlahiyyat İnstitutunda professor Halit Erenlə görüş baş tutub

03 October, 2025

Azərbaycan İlahiyyat İnstitutunda Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə professor Halit Erenlə görüş keçirilib.

Görüşdə İnstitutun kollektivi iştirak edib.

Aİİ rektoru, dosent Aqil Şirinov professor Halit Eren haqqında geniş məlumat verib. A.Şirinov qeyd edib ki, professor Halit Eren İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) sabiq Baş direktorudur.
Rektor vurğulayıb ki, ali təhsil müəssisəsinin IRCICA ilə uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. A.Şirinov “İslam sivilizasiyası Qafqazda” mövzusunda II Beynəlxalq Simpoziumun da məhz IRCICA ilə birgə təşkilatçılıq nəticəsində həyata keçirildiyini tədbir iştirakçılarına xatırladıb.

Professor Halit Eren “İslam Əməkdaşlıq Təşkilatı və qurumun mədəniyyət sahəsində fəaliyyəti” mövzusunda mühazirə ilə çıxış edib, İslam Əməkdaşlıq Təşkilatı, onun tabeliyində fəaliyyət göstərən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin yaranması, fəaliyyəti haqqında geniş məlumat verib.

Professor İƏT-in 57 üzv dövlətinin IRCICA-nın üzvü olduğunu vurğulayıb. IRCICA-nın Əsasnaməsində yer alan əsas vəzifələr haqqında danışan Halit Eren bildirib ki, onlar arasında dinlərarası qarşılıqlı anlaşmanı gücləndirmək, quruma üzv olmayan ölkələrin müsəlman cəmiyyətlərinin mədəni ehtiyaclarına diqqət yetirmək, İslam incəsənətinin müxtəlif sahələrində bacarıqları inkişaf etdirmək, tarixi sənədlərin və İslam mədəni irsinə dair digər əsərlərin bərpası, qorunması və istifadəsi üçün mütəxəssislər qrupu yetişdirmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə birlikdə magistratura və doktorantura proqramları təşkil etmək və digər məsələləri qeyd etmək olar.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Gökhan Seyhan Aİİ-də olmaqdan məmnunluğunu ifadə edib, təhsilalanlara uğurlar arzulayıb.

sub menu