İlahiyyat İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

14 June, 2022

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aİİ-nin rektoru, rəhbər heyəti və müəllimlər iştirak ediblər.

İnstitutun rəhbəri Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, Qurtuluş Gününün Azərbaycan tarixində önəmini vurğulayıb, həmçinin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yeni dövlətçilik ənənələrinin təməlinin qoyulduğunu qeyd edib.

Aİİ rektoru Heydər Əliyevin dövlət quruculuğu istiqamətində göstərdiyi xidmətlərdən bəhs edərək, Ulu Öndərin apardığı uğurlu iqtisadi islahatlar və ordu quruculuğu sahəsindəki əməli fəaliyyəti nəticəsində 44 günlük Vətən müharibəsində qalibiyyətimizin əsasının qoyulduğunu nəzərə çatdırıb.

Ali təhsil müəssisəsinin rəhbəri daha sonra əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərin zənginləşdirilməsində, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında həyata keçirilən siyasət haqqında da məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı tədbir iştirakçılarını salamladıqdan sonra, Ulu Öndərin fəaliyyətlərinin birbaşa şahidi kimi çıxış etməyin məmnunluğunu ifadə edib. Milli Qurtuluş Gününün Azərbaycan tarixinin parlaq səhifələrindən olduğunu qeyd edərək, həmin dövrlə bağlı baş verənlərə diqqət çəkib. Azərbaycanın dünya ölkələri arasında layiqli yer tutmasında, xalqımızın xoşbəxt və firavan yaşamasında Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan Səyyad Salahlı hazırda təməli dərin özüllərlə qoyulan dövlətçilik ideyalarının İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb. Heydər Əliyevin ordu quruculuğu sahəsində göstərdiyi xidmətlərin nəticəsi olaraq, 44 günlük müharibədə qalibiyyətimizə toxunan Səyyad Salahlı həmin dövrdə şahidi olduğu hadisələrdən ətraflı bəhs edib.

Tədbir iştirakçıların qarşılıqlı müzakirəsi ilə davam edib.

sub menu