İcbari tibbi sığorta mövzusunda tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İcbari tibbi sığorta” mövzusunda tədbir keçirilib.
Tədbirdə İcbari tibbi sığorta haqqında ümumi məlumat verilib. İcbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydaları haqqında söhbət açılıb.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.