İlahiyyat İnstitutunun Birdəfəlik dissertasiya şurasında dissertasiya işlərinin müdafiəsi keçiriləcək

23 December, 2022

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 noyabr 2020-ci il tarixli F-152 saylı əmrinə əsasən, 7213.01 – “Dinşünaslıq” ixtisası üzrə Azərbaycan İlahiyyat İnstitutunda yaradılmış BFD 4.03 Birdəfəlik dissertasiya şurasında dissertasiya işinin müdafiəsi keçiriləcək.

7213.01–“Dinşünaslıq” ixtisasında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Elvin Əliyar oğlu Babayevin “Qədim Türklərdə Tanrı inancı” mövzusunda dissertasiya işinin müdafiəsi 27 dekabr 2022-ci il tarixdə saat 14.00-da keçiriləcəkdir

Fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

Elvin Əliyar oğlu Babayevin avtoreferatı

Qeyd edək ki, Aİİ-nin nəzdində fəlsəfə elmləri sahəsində fəlsəfə doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün yaradılan Birdəfəlik dissertasiya şurası “Dinşünaslıq” və “Dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə fəaliyyət göstərir.


sub menu