Dillər və ictimai fənlər

Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyev və onun siyasətinin uğurlu davamçısı olan Prezident İlham Əliyev dini məsələlərə daim diqqət və qayğı göstərmişdir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da məhz bu siyasətin məntiqi davamı olaraq qəbul oluna bilər. Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır. İnstitut yarandığı gündən etibarən ciddi şəkildə tədris prosesinə qoşulmuş, struktur bölmələr, o cümlədən kafedralar yaradılmışdır. Azərbaycan İlahiyyat İnstitutunun kafedralarından biri olan “Dillər və ictimai fənlər” kafedrası Aİİ-nin Elmi Şurasının müvafiq qərarı ilə yaradılmışdır. Kafedraya rəhbərlik Azərbaycan İlahiyyat İnstitutunun rektoru il.ü.f.d. Ceyhun Valeh oğlu Məmmədovun əmri ilə 18.09.2018-ci il tarixində fəl.ü.f.d. İlkin Ənvər oğlu Əlimuradova həvalə edilmişdir. Kafedra Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kadr hazırlığında bilavasitə iştirak edir. Kafedra Azərbaycan İlahiyyat İnstitutunun əsas tədris elm struktur bölmələrindən biri olub, Azərbaycan dili və nitq mədəniyyətini, Ərəb və İngilis dillərini, Azərbaycan tarixi, İnformatika və kompüter texnologiyası, Mülki müdafiə, Multikulturalizmə giriş, İslam ölkələri tarixi və coğrafiyası kimi ictimai fənlər üzrə tədris, metodiki, elmi, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin təşkili, tələbələr arasında tərbiyə işlərinin aparılması istiqamətlərində fəaliyyət göstərir. Kafedranın məqsədi İnstitutun dillər və ictimai fənlər üzrə müvafiq tələblərini yerinə yetirməklə, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsi, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasının təmin edilməsidir. Kafedra İnstitutun “İslamşünaslıq” və “Dinşünaslıq” ixtisaslarında dillər və ictimai fənlərin tədrisi ilə bağlı həyata keçirilməsi tələb olunan elmi-metodiki, tədris və nizam-intizam işlərinə nəzarət edir. Kafedra həmçinin bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, sərbəst işlərin, praktik seminar və digər məşğələlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edir. Kafedranın kollektivi Azərbaycan Respublikasının qanunlarına, Ali təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə, Ali məktəblərin kafedraları haqqında müvəqqəti Əsasnaməyə və İnstitutun Nizamnaməsinə uyğun fəaliyyət göstərir. Tədris olunan fənlərin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək məqsədilə kafedrada müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.

alt menü