İslamşünaslıq

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrası 13 sentyabr 2018-ci ildə yaradılmışdır. İslamşünaslıq kafedrası İnstitutda fəaliyyət göstərən əsas tədris elm struktur bölmələrindən biri olub, əsas etibarilə Qurani-Kərim, əqaid, elmi-hal, hədis, islam əxlaqı, təfsir, fiqh üsulu, dini xitabət və peşə hazırlığı, islam hüququ, kəlam, təsəvvüf, islamın müasir məsələləri, müasir islam mütəfəkkirləri kimi islam dini ilə bağlı fənlər üzrə tədris, metodiki, elmi, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, tələbələrin elmi-tədqiqat fəaliyyətlərinin təşkili, tələbələr arasında tərbiyə işlərinin aparılması istiqamətində fəaliyyət göstərir.
İslamşünaslıq kafedrası ali təhsilin bakalavriat pilləsində islamşünaslıq istiqaməti üzrə dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edir. Əsas aparıcı ixtisas kafedralarından biridir. Kafedranın işi Azərbaycan Respublikasının qanunvericiliyi, Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnamə və ali Azərbaycan İlahiyyat İnstitutunun Nizamnaməsi əsasında qurulmuşdur.
Gələcək mütəxəssislərin hazırlığında kafedra fənn üzrə tədris həyata keçirir. Tədris olunan fənlər yüksəkixtisaslı mütəxəssislər tərəfindən tədris olunur. Fənlərin tədrisinin keyfiyyətini artırmaq, tədris prosesinin səmərəliliyini yüksəltmək üçün müasir təlimin müxtəlif texniki vasitələrindən və metodlarından istifadə olunur.
Kafedranın məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin edən, milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan, sosial məsuliyyət anlayışı ilə dini doğru şəkildə insanlara çatdıran, dinin qaynaqlarını mənimsəyərək hadisələrə geniş perspektivdən yanaşma gücünə malik, ictimaiyyətdə dini terminlərin doğru anlaşılmasını təmin edən, həmçinin, fərdlərin mədəniyyətimizə yadlaşmasının qarşını alan, digər din və inanc sistemlərinə hörmətlə yanaşan, cəmiyyəti maarifləndirici elmi tədqiqat fəaliyyətində aktiv çalışan, mövhumat və batil inanclara qarşı dinin prinsiplərini cəmiyyətə təqdim edən mütəxəssislər yetişdirməkdir.

Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini təmin edən;
Milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan sosial məsuliyyət anlayışı ilə dini doğru şəkildə insanlara çatdıran, dinin qaynaqlarını mənimsəyərək hadisələrə geniş perspektivdən yanaşma gücünə malik olmaq, ictimaiyyətdə dini terminlərin doğru anlaşılması, həmçinin fərdlərin mədəniyyətimizə yadlaşmasının qarşını alan digər din və inanc sistemlərinə qarşı hörmətamiz yanaşan, cəmiyyəti maarifləndirici elmi tədqiqat fəaliyyətində aktiv çalışan mövhumat və batil inanclara qarşı dinin prinsiplərini cəmiyyətə təqdim edən mütəxəssislər yetişdirməkdir.

alt menü