Rektor təcrübə keçəcək tələbələrlə görüşüb

22 Fevral, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) IV kurs tələbələrindən bir qrupu məscidlərdə təcrübə keçəcək.

Təcrübə keçəcək tələbələrlə görüşən Aİİ rektoru Aqil Şirinov təhsilalanlara uğurlar arzulayıb. Ali təhsil müəssisəsinin rəhbəri əsas məqsədin yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, Vətənini sevən mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.

İnstitutun dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu diqqətə çatdıran rektor vurğulayıb ki, tələbələrimiz bu imkanlardan istifadə etməli, biliklərini təkmilləşdirərək yüksəkixtisaslı kadrlar kimi yetişməlidirlər.

A.Şirinov daha sonra bildirib ki, tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər.

Daha sonra tələbələri maraqlandıran suallar ətrafında fikir müzakirəsi aparılıb.

Qeyd edək ki, Aİİ tələbələri bu il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində və məscidlərdə təcrübə keçəcəklər.

alt menü