Ramazan və Novruz bayramları münasibətilə tədbirlər keçirilib

19 Mart, 2026

Azərbaycan İlahiyyat İnstitutunda Ramazan və Novruz bayramları münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə Novruz bayramı və Ramazan bayramının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət rəmzi olduğu, bu müqəddəs və milli bayramların insanları bir araya gətirərək cəmiyyətin mənəvi dayaqlarını daha da möhkəmləndirdiyi vurğulanıb.

Ramazanın mənəvi yüksəliş və bərəkət ayı olduğu, insanın daxili aləminin saflaşması, səbir və dözüm kimi ali keyfiyyətlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, Ramazan ayı yalnız oruc tutmaqla məhdudlaşmır, eyni zamanda, insanların bir-birlərinə daha anlayışla yanaşmasını, yardımlaşmanı və paylaşma ruhunun güclənməsini təşviq edir.

alt menü