Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

31 Mart, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı İlahiyyat Kollecinin və Aİİ-nin birinci kurs tələbələri iştirak ediblər.

Aİİ İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa 31 Mart soyqırımı qurbanlarının, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. R.Mustafa 31 Mart soyqırımı haqqında tələbələrə geniş məruzə edib. O bildirib ki, ermənilər tərəfindən ərazilərimizdə məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 31 mart 1918-ci il tarixində həyata keçirdikləri təxribat aktı isə bunların ən dəhşətlilərindən biridir.

Məruzəçi bildirib ki, 30, 31 mart və 1 aprel 1918-ci il tarixlərində erməni silahlı dəstələri Bakıda 12 mindən çox dinc insanı amansızlıqla qətlə yetirib, əmlaklarını qəraət edib, evlərini yandırıblar.

alt menü