“İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək

19 Fevral, 2026

Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Kilis 7 Aralık Universiteti (Türkiyə) və Sunan Kalijaga Dövlət İslam Universitetinin (İndoneziya), birgə təşkilatçılığı ilə 7–9 may 2026-ci il tarixində Türkiyənin Kilis şəhərində “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda IV beynəlxalq simpozium keçiriləcək.
Simpoziumun əsas mövzu və istiqamətləri:
Cəmiyyət
1. İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi (mədəniyyət anlayışı, cəmiyyət təsəvvürü və İslam mədəniyyəti)
2. Birgəyaşayışın vacibliyi.
3. Birgəyaşayış mədəniyyətini gücləndirən amillər.
4. Fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi.
5. Birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər.
6. Birgəyaşayış qarşısında duran maneələr.
7. Müsəlman təfəkküründə “cəmiyyət” anlayışı.
8. Qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü).
9. İncəsənətin ictimai şüurun formalaşmasına təsiri.
10. Birgəyaşayış təcrübəsi və şəhər / Kilis əsas dinamikliyi.

Təhsil
1. Təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi
(İctimai uzlaşmanı gücləndirən biliklərin formalaşdırılması; biliyin əldə edilməsində ədalət və bərabərlik; təhsil vasitəsilə mədəniyyətlərarası qarşılıqlı təsir; tədris proqramının birgəyaşama mədəniyyətinə təsiri)
2. Din təhsilinin birgə yaşama mədəniyyətinə töhfəsi
(Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi; ali dini təhsilin birgəyaşayışa töhfəsi)
3. Fərqli elm sahələrində birgə yaşama mədəniyyəti

Din
1. Müsəlman düşüncəsində birgə yaşama mədəniyyətinin əsas mənbələri
(Qurani-Kərimdə birgəyaşayışa dair prinsiplər; hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması)
2. İslam elmləri və birgəyaşayış anlayışı
(Kəlam, İslam məzhəbləri, fiqh, təfsir, hədis və təsəvvüfün birgəyaşama mədəniyyətinə töhfəsi)
3. Müsəlman düşüncəsində müxtəliflik və birgəyaşayış anlayışı
(İslamın ortaq dəyərləri və məzhəblərin birgəyaşayış mədəniyyətinə töhfələri; fəlsəfi ənənədə birgəyaşama mədəniyyəti)
4. Tarixi və mədəni təcrübə
(İslam tarixində birgə yaşama nümunələri; İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri (təsisçi mətnlər, şairlər, aşıqlar))
5. Birgəyaşayışın qarşısındakı maneələr
(Xurafat, təəssübkeşlik və təkfir anlayışının birgə yaşamaya mənfi təsirləri)
6. Müsəlman mədəniyyətində digər din mənsubları ilə birgəyaşamaya dair nümunələr


Tezislərin qəbul qaydaları
1. Tezislərin ümumi həcmi 300–350 sözdən ibarət olmalıdır.
2. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
3. Tezisin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, tezisin yazıldığı dildə açar sözlər verilməlidir.
4. Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk, ingilis, ərəb və ya İndoneziya dillərində “Times New Roman” şriftində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir: [email protected]


Tezislərin son göndərilmə tarixi: 20.03.2026.
Qəbul edilən tezislərin elanedilmə tarixi: 01.04. 2026
Məqalələrin son göndərilmə tarixi: 30.04. 2026.

alt menü