İlahiyyat İnstitutunun iki tələbəsi Türkiyədə təhsillərini davam etdirəcək
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) iki tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestri ərzində təhsilini Türkiyə Respublikasının İstanbul 29 Mayıs Universitetində davam etdirəcək.
Sayca beşinci tələbə mübadiləsi İstanbul 29 Mayıs Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında 2018-ci ildə imzalanmış Əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Aİİ “Dinşünaslıq” ixtisasının III kurs tələbələri – Ayşən Qarayeva və Məhəmməd Əzizzadə İstanbul 29 Mayıs Universitetində bir semestr ərzində təhsil alacaqlar.
İstanbul 29 Mayıs Universitetində rektor Mustafa Sinanoğlunun, İdarə Heyətinin sədri Tayyar Altıkulaçın tələbələr və Aİİ-nin xarici əlaqələr üzrə baş mütəxəssisi Şəms Bağırova ilə görüşü təşkil olunub.
Görüş zamanı hər iki ali təhsil müəssisəsi arasında formalaşmış əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti yüksək qiymətləndirilib, əldə olunmuş nəticələrin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Qeyd edilib ki, indiyədək həyata keçirilən birgə layihələr, tələbə mübadiləsi, elmi-tədqiqat sahəsində qurulan əlaqələr tərəflər arasında münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verib.