Fenomenologiya üzrə 67-ci beynəlxalq konqres keçiriləcək

13 Fevral, 2026

Azərbaycan İlahiyyat İnstitutu və Dünya Fenomenologiya İnstitutunun birgə təşkilatçılığı ilə 23–25 iyun 2026-ci il tarixində Bakı şəhərində “Anna-Tereza Timineçka ilə “Yer kürəsinin cazibəsinin izi ilə: aşkar olunanlar və gizli qalanlar” mövzusunda fenomenologiya üzrə 67-ci beynəlxalq konqres keçiriləcək.
Konqresin məqsədi:
Yerin insan təcrübəsi, yaradıcılığı, mədəniyyəti və etik məsuliyyəti vasitəsilə özünü necə aşkara çıxardığını tədqiq etmək, həmçinin fenomenoloji düşüncə üçün yenidən dərk olunmağı tələb edən canlı bir sirr kimi necə qaldığını araşdırmaqdır.
Konqresin mövzuları:
– aşkar olan və gizli qalan: fundamental fenomenoloji cərəyanlar;
– müasir fenomenologiyada Anna-Tereza Timineçkanın irsi;
– fenomenoloji perspektivdə həyat, təbiət və yaradıcılıq;
– Yer canlı matrisa kimi: ontoloji və kosmoloji ölçüləri;
– təbiətin, ekologiyanın və ətraf mühit məsuliyyətinin fenomenologiyası;
– həyatın və onun mahiyyətinin dərk olunmasında insanın iştirakı;
– olmaq, proses və transformasiyanın fenomenologiyası;
– təsəvvür, loqos və yaradıcılıq;
– Yerin cazibəsində müqəddəslik, kosmiklik və transsendentlilik;
– fenomenologiya və Yer kürəsində gələcək həyat;
– Yerin cazibəsinin mədəni, bədii və estetik ifadələri;
– fenomenologiyanın elm, ekologiya və texnologiya ilə kəsişmələri;
– Şərq və Qərb dşüncələrində təbiət və həyat;
– Yerin böhranı və fenomenoloji cavablar;
– yeni fenomenoloji istiqamətlər və həyat fenomenologiyası.
Tezislərin qəbul qaydaları:
• Həcm: 1500 simvoladək.
• Məzmun tələbi: təqdim olunan tezislər mütləq şəkildə işin fenomenoloji aspektlərini konkret və aydın şəkildə göstərməlidir.
• Yanaşma: fənlərarası yanaşma xüsusilə ehtiva olunur.
Məqalələr qəbul olunmuş tezislər əsasında təqdim edilə bilər. Məqalə 25 səhifədən çox olmamalıdır.
• Tezis və məqalələr ingilis dilində təqdim edilməlidir.
• Tezislərin göndərilməsi üçün son tarix: 30 aprel, 2026.
• Məqalələrin göndərilməsi üçün son tarix: 30 sentyabr, 2026.
• Tezis və məqalələr aşağıdakı ünvanlara göndərilməlidir:
Könül Bünyadzadə – [email protected]
Daniela Verducci – [email protected]
• Qeydiyyat haqqı: 30 ABŞ dollar.
• Qeyd: İştirakçıların hamısının Dünya Fenomenologiya İnstitutunun (WPI) üzvü olması arzu edilir.
• Konqresdə iştirak edənlər üçün üzvlükhaqqı illik 50 ABŞ dollarına endirilmişdir (magistrantlar və emeritus üzvlər üçün illik 30 ABŞ dolları).
• Qeydiyyat haqqı və üzvlük haqqı WPI-yə 31 may 2026-cı il tarixinədək ödənilməlidir.
• Ödəniş üsullarını qeyd edirik:
Qeydiyyat haqqını və üzvlük ödənişini aşağıda göstərilən “PayPal” keçidi vasitəsilə bank kartları vasitəsilə ödəyə bilərsiniz. Zəhmət olmasa, bu keçidə klikləyin və ya onu brauzerinizə köçürün. Bu keçid sizi “PayPal”ın rəsmi veb-saytına yönləndirəcək və orada WPI üçün ödənişinizi həyata keçirə biləcəksiniz. Tələb olunan ödəniş məbləğini özünüz daxil etməlisiniz.
Bank kartları ilə ödəniş etmək üçün tələb olunan məbləği daxil etdiyiniz zaman, açılan səhifədə “Pay with Debit or Credit Card” (debet və ya kredit kartı ilə ödə) seçimi ilə əməliyyatı tamamlaya bilərsiniz.
https://www.paypal.com/cgi-bin/webscr?cmd=_s-xclick&hosted_button_id=S774N2BNYHCD4
2) Çek vasitəsilə ödəniş; çek WPI-nin aşağıda qeyd olunan ünvanına poçtla göndərilməlidir:
20 Kenneth Drive, Bridgewater, Massachusetts, ABŞ.
3) Beynəlxalq poçt pulköçürməsi (international postal money order); WPI-yə – Bridgewater ünvanına poçtla göndərilməlidir.
Məqalələr “World Phenomenology Institute” tərəfindən redaktə olunan və “Springer Nature” nəşriyyatı tərəfindən çap edilən, resenziyalı (peer-review) kitab seriyalarında – “Analecta Husserliana” və “Islamic Philosophy and Occidental Phenomenology in Dialogue”da nəşr olunmaq üçün nəzərdən keçiriləcəkdir.
Əlavə məlumat üçün aşağıdakı elektron ünvanlarla əlaqə saxlaya bilərsiniz:
• Bunyadzade, Konul — [email protected]
• Verducci, Daniela — [email protected]

alt menü