İlahiyyat İnstitutunun tələbələri xaricdə təhsillərini davam etdirir
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) iki tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestri ərzində təhsilini Türkiyə Respublikasının Kırıkkale Universitetində davam etdirəcək.
Mübadilə Aİİ-nin və Kırıkkale Universitetinin imzaladıqları Əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilib.
Aİİ “İslamşünaslıq” ixtisasının III kurs tələbələri – Fatimə Mərcanova və Reyhan Sərdarova Kırıkkale Universitetində bir semestr ərzində təhsil alacaqlar.
Aİİ-nin tələbələri və İnstitutun xarici əlaqələr üzrə baş mütəxəssisi Şəms Bağırovanın Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, prof. Mevlüt Ertenlə görüşü təşkil olunub.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında formalaşmış əməkdaşlığın hazırkı vəziyyəti müsbət qiymətləndirilib. Vurğulanıb ki, əldə edilən nəticələr qarşılıqlı etimad və səmərəli əməkdaşlıq əlaqələri nəticəsində qurulub. Həyata keçirilən birgə layihələr, tələbə mübadiləsi və elmi-tədqiqat sahəsində əlaqələr tərəflər arasında münasibətləri daha da möhkəmləndirib.