“Fiqh üsulu” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Fiqh üsulu” müsabiqəsi keçirilib.
Müsabiqədə Aİİ İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. Münsiflər heyətində Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dos. Mübariz Camalov, İlahiyyat fakültəsinin dekanı, dos. Elnurə Əzizova və İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Vüqar Səmədov təmsil olunublar.
Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Fiqh üsulu” yarışmasında I yerə – “İslamşünaslıq” ixtisasının IV kurs tələbəsi Əlimurad Muradov; II yerə – “İslamşünaslıq” ixtisasının IV kurs tələbəsi Əli Nəzərov; III yerə – “İslamşünaslıq” ixtisasının III kurs tələbəsi Kamran Dadaşzadə layiq görülüblər.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıblar.