Azərbaycan İlahiyyat İnstitutu müəllimlərinin həmmüəllif olduqları “İslam Düşüncesinde Kötülük Sorunu Ve Teodise-I” kitabı Türkiyədə işıq üzü görüb

29 İyun, 2021

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov və Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun həmmüəllif olduqları “İslam düşüncesinde kötülük sorunu ve teodise - I” kitabı Türkiyədə nəşr olunub.

Türkiyəli alimlər – dr. Hakan Hemşinli və dr. Yunus Kaplanın elmi redaktoru olduqları nümunədə cəmiyyətdəki şər problemi metafizik, ontoloji, epistemioloji və teoloji aspektlərdən geniş müzakirə obyektinə çevirilib. Tədqiqatda müəlliflərin əsas məqsədi şər problemini və ilahi ədalət məsələsini fəlsəfi və teoloji aspektlərdən İslam düşüncəsində necə araşdırıldığını ortaya çıxarmaqdır. Həmçinin müsəlman ilahiyyatçıların və filosofların bu məzmundakı fikir və müddəalarını analitik şəkildə izah etmək və öyrənməkdir.

Əsərdə müasir dövrün filosof və teoloqlarının şər problemi və ilahi ədalətlə bağlı elmi-fəlsəfi yanaşmaları da öz əksini tapmışdır.

alt menü