Aİİ-nin müəllimi Ümumdünya Səhiyyə Təşkilatının ölkəmiz üzrə Etika komissiyasının iclasında iştirak edib

08 İyun, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Etika komissiyasının ölkəmizdəki nümayəndəliyinin onlayn iclasında iştirak edib.

Anar Qafarovun da eksperti olduğu ÜST Etika komissiyasının onlayn iclasında pandemiya ilə əlaqədar mövcud vəziyyət və problemlər müzakirə olunub. Dr. Nabil Seyidovun təqdimatı ilə davam edən iclasda, eyni zamanda, cəmiyyətin koronavirus pandemiyasına yanaşması, əhalinin psixoloji vəziyyəti və koronavirusla əlaqədar reaksiya və rəylərinin müəyyənləşdirilməsi istiqamətində aparılacaq sorğu tipləri müzakirə obyektinə çevrilib. İclas, həmçinin iştirakçı ekspertlər tərəfindən verilən suallar, bu istiqamətində aparılan müzakirə və mülahizələrlə sona çatıb.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri koronavirus (COVİD 19) pandemiyası dövründə müxtəlif vebinarlarda aktiv iştirak etmiş, ölkəmizdə mövcud karantin rejiminə riayət olunmasını tövsiyə etmişlər.

alt menü